📊 Birmarket Satış və İtki Analizi Dashboard
Bu layihə “Birmarket” mağazalar şəbəkəsinin real satış datası əsasında hazırlanıb. Əsas məqsəd satış performansını ölçmək və potensial itirilmiş gəlirləri (Potential Loss) analiz etməklə biznesə strateji dəstək verməkdir.
💡 Layihənin Əsas Üstünlükləri
- Dinamik Analiz: Sifariş statusları, gəlir trendləri və brend performansı üzrə dərindən analiz.
- İtki Hesabatı: Potensial itirilmiş gəlirin (402.25K) səbəblərinin araşdırılması.
-
Vizuallaşdırma: Key Influencers, Waterfall Chart və Tree Map kimi mürəkkəb vizualların tətbiqi.
-
🧐 Biznes Analizi və İnsaytlar (Insights)
Bu layihədə apardığım analiz nəticəsində əldə etdiyim bəzi mühüm nəticələr:
- Ödəniş Metodu Təsiri: “Key Influencers” vizualı göstərir ki, kuryerdə kreditlə ödəniş uğurlu çatdırılma şansını 10 dəfədən çox artırır.
- İtirilmiş Gəlir: “Waterfall Chart” vasitəsilə noyabr ayındakı kəskin satış artımını və itkilərin hansı kateqoriyalarda (məsələn, Elektrik alətləri) cəmləşdiyini müəyyən etdim.
- Optimallaşdırma: Orta çatdırılma müddəti 5 gündür. Rəqabət qabiliyyətini artırmaq üçün bu göstəricinin 3 günə endirilməsi hədəflənib.
- What-if Analysis: Ləğv faizinin 30% azaldılması halında əlavə olaraq 120,676 AZN gəlir əldə oluna biləcəyi hesablanıb.
🛠 Texniki Göstəricilər
- Power BI Desktop: Dashboard dizaynı və vizuallaşdırma.
- DAX: Mürəkkəb biznes ölçülərinin (Median Basket, Ləğv Faizi və s.) hesablanması.
- Power Query: Məlumatların təmizlənməsi (Data Cleaning) və modelləşdirilməsi.
📊 İstifadə Olunan Mühüm DAX Ölçüləri
- Uğurlu Satışlar: Cəmi 753 uğurlu əməliyyatın izlənməsi.
- Ləğv Faizi (%73.70): Biznesin əsas zəif nöqtəsi kimi ləğv dərəcəsinin analizi.
- Median Basket (85.97): Orta səbət məbləğinin median metodologiyası ilə dəqiq təyini.
📸 Hesabatdan Görüntülər
🎓 Bu layihə mənim BDU SABAH qruplarında öyrəndiyim məlumat analitikası bacarıqlarımı real biznes senarilərinə tətbiq etməyimə bir nümunədir.